Qadin.NET / Kim ki yüz il yaşamırsa...

Kim ki yüz il yaşamırsa...

 

Əgər buna şübhəniz varsa, səhər yeməyində bir boşqab yulaf sıyığı yeyin.Milli.Az Modern.az-a istinadən bəzi məsləhətləri təqdim edir.
 1. Yulaf sıyığı orqanizmin tonusunu artırır, insanın əhvalına olduqca müsbət təsir göstərir. Bu sıyığın tərkibindəki B6 vitamini insan beynində xoşbəxtlik hormonu adlanan serotoninin yaranmasında fəal iştirak edir.

2. Əgər siz səhər yeməyinizi yulaf sıyığı ilə başlasanız, gün ərzində mədə-bağırsaq sisteminiz Kreml saatı kimi işləyəcək. Kreml ifadəsini təsadüfi işlətmədim. Hələ Sovetlər birliyi dövründən Kreml məmurlarının qida rasionunda yulaf sıyığı mütləq şəkildə olub. Ona görə də yulaf sıyığına "Kremlyovskaya kaşa" da deyirlər. Hər halda o uzunömürlü kişilər elə-belə şey yeməzmişlər.
3. Yulaf sıyığı olduqca tutumludur. Səhər-səhər bir boşbaq sıyıq sizin nəfsinizə hakim kəsiləcək. Yəni siz onu yedikdən sonra gözünüz başqa qidalarda - kolbasada, sosislərdə, sirniyyatlarda qalmayacaq. Beləliklə də siz kökəlmənizin qarşısını almış olacaqsınız.
4. Saçlarınızı və dırnaqlarınızı qüsursuz görmək istəyirsinizsə, yulaf sıyığına üstünlük verin.
5. Unutmayın ki, yulaf sıyığı orqanizmin immunitetini qaldırır.
6. Ürək və damar sistemində problemi olanlar üçün yulaf sıyığı məsləhətdir.
7. Yulaf sıyığı həzm prosesini tənzimləyir, bağırsaqların təmizlənməsində böyük rol oynayır.
8. Bu sıyıq həmçinin qaraciyərin fəaliyyətini də yaxşılaşdırır.
9. Yulaf sıyığı yaddaşı gücləndirir, zehni fəaliyyəti artırır.
10. Əgər istəyirsinizsə, orqanizminiz A, E, K, PP, B qrup vitaminləri, xeyirli minerallar və mikroelementlərlə zəngin olsun yulaf sıyığından istifadə edin.
Belə bir deyim var ki, hər şey qədərində gözəldir. Yulaf sıyığının dediyimiz və demədiyimiz xeyirlərini, əhəmiyyətini düşünüb ondan qədərindən çox istifadə etmək məqsədəuyğun deyil. Həftədə 3-4 gün səhər yeməyində yulaf sıyığından istifadə edin, uzunömürlü və xoş əhvallı olun.

Mənbə: Milli.Az

16 yanvar 2014
GO BACK