Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda "ArmRosqazprom" Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin 20 faizlik hissəsinin Rusiyanın "Qazprom" şirkətinə satışı haqqında müqavilənin imzalanmasını bəyənib.Trend-in məlumatına görə, bu barədə ARKA xəbər verib. Müqaviləyə əsasən, Energetika Nazirliyi "ArmRosqazprom" ASC-nin adi adlı səhmlərinin 20,0007 faizini "Qazprom" şirkətinin mülkiyyətinə verir. Nəticədə "Qazprom" şirkətinin "ArmRosqazprom" ASC-də payı 80 faizdən 100 faizədək artıb. Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini İosif İsayanın qeyd etdiyi kimi, müqavilənin imzalanması 2013-cü il dekabrın 2-də Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin imzaladıqları sazişdən irəli gəlir. Ermənistan parlamenti dekabrın 23-də keçirilən növbədənkənar iclasında təbii qazın, neft məhsullarının və işlənməmiş almazların çatdırılması sahəsində Ermənistan-Rusiya sazişini təsdiqləyib, həmçinin qazın qiymət əmələgətirmə məsələləri və "ArmRosqazprom" şirkətinin səhmlərinin 20 faizinin aksiyası Rusiya tərəfinə satılması haqqında müqaviləni təsdiqləyib.
Mənbə: Milli.Az