Qadin.NET / Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var

Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var

 

"Azərbaycan Hava Yolları" QSC 2014-cü il yanvarın 15-dən aviareyslərdə yanacaq yığımı tətbiq edib. Bu barədə cümə axşamı Trend-ə QSC-dən deyilib. QSC-dən bildirilib ki, iki saatdan az davam edən uçuşlarda ekonom-klass üçün yanacaq yığımı 12 avro, biznes-klass üçün isə 18 avro təşkil edir. İki saatdan çox davam edən aviareyslərdə isə yanacaq yığımı müvafiq olaraq 18 və 27 avrodur. Yanacaq yığımının tətbiqi aviabiletlərin minimal qiymətinə təsir edib.

Mənbə: Milli.Az

 

16 yanvar 2014
GO BACK