"Bizim ölkəmizdə sosial şəbəkələr vasitəsi ilə iş tapmaq çox çətindir. Məsələ burasındadır ki, bizdə sahibkarlar işçiləri sosial şəbəkələrdən axtarmırlar. Bununla belə böyük şirkətlərin ös səhifələri var və istənilən istifadəçi virtual şəkildə bu və ya digər vəzifə üçün müraciət edə bilər. Bundan sonra, həmin adamı insan qaynaqları şöbəsinin nümayəndəsi ilə əlaqələndirirlər. Sonra namizədlər arasında seçim edilir. Balaca şirkətlərin isə ümumiyyətlə sosial şəbəkələrdə səhifələri yoxdur. Sözsüz, elə hallar da olur ki, insan sosial şəbəkə vasitəsi ilə iş tapa bilir. Ancaq hazırda belə hallar kütləvi deyil. Yaxın gələcəkdə bu məsələlər də aktual olacaq". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "РС…Рѕ" qəzetinə əməkçilərin hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, bir çox ölkələrdə sosial şəbəkələr vasitəsi ilə iş tapmaq olur.
Bəs siz necə? Aranızda sosial şəbəkə vasitəsi ilə iş tapanlar varmı?
Mənbə: Milli.Az