Qadin.NET / Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır

Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır

 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Suriya müxalifətinin Cenevrədə keçiriləcək sülh konfransında iştirak edəcəyinin təsdiqlənmədiyini bildirib. Ona görə də nazirin fikrincə, hələlik heç bir sülhdən danışmağın mənası yoxdur. “Konfransın uğurlu olması üçün əvvəlcə tərəfləri danışıqlar masası arxasına keçməyə vadar etmək lazımdır. Əks halda, konfransın perspektivində heç bir uğur dayanmır”, - deyə Ştaynmayer sözlərini ifadə edib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Küveytin paytaxtında isə Amerika Birləşmiş Ştatları və donor ölkələrin iştirakı ilə keçirilən beynəlxalq konfransda Suriyaya humanitar yardım məqsədilə 1.2 milyard dollar məbləğində maliyyə vəsaiti vəd verilib. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munqərarı alqışladığını bildirib. “Suriyada ehtiyacı olan insanlara kömək etmək istəyən heç bir ölkə çətinliklə qarşılaşmamalıdır. Bu region üçün həyati əhəmiyyət daşıyan bir addımdır. Gəlin bu cür təşəbbüsə can atan ölkələri həmrəyliklə mükafatlandıraq. Birləşmiş Millətlər Təşkilatı tərkibində olan və olmayan hər bir humanitar yardım agentliklərindən kütləvi humanitar yardım ehtiyaclarını qarşılamaqda bizə dəstək olmaları üçün müraciət edirəm”. Konfransda əldə olunan qərara əsasən, təkcə Amerika Birləşmiş Ştatları Suriyaya 380 milyon dollar məbləğində humanitar yardım göstərəcək. Pan Gi Mun bu il Suriyanın təxminən 6.5 milyard dollara ehtiyac duyduğunu qeyd edib.

 

Mənbə: Milli.Az

16 yanvar 2014
GO BACK