Qadin.NET / Bakıda ən bahalı evlərin yeri məlum oldu

Bakıda ən bahalı evlərin yeri məlum oldu

 

“Paytaxt Bakıda baha qiymətə satılan ərazilərə yeni tikililərdən “Dəniz vağzalı” kimi tanıdığımız ərazi ilə üz-üzə olan binalar olan ərazilər bahalı evlərin siyahısındadır”. Bunu Modern.az-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib. “Qiymətlər mərtəbəsindən asılı olaraq hər kvadratmetrə 2-6 min arasında dəyişir. Köhnə binalarda isə “Sahil” metrostansiyasından Fəvvarələr meydanı yaxınlığında yerləşən ərazidir. Nizami küçəsinin Fəvvarələr meydanı olan tərəfə uzanan hissəsində təxminən 4-5 otaqlı arxitektur layihəli evlərin qiyməti hətta 450-500 min dollara çatır”. R. Osmanlının sözlərinə görə, Bakı şəhərində ən ucuz 1-otaqlı mənzil 40 min ABŞ dolları ilə bazara təklif edilir. “Bundan ucuz qiymətə tapmaq mümkün deyil. İstisna ola bilər ki, Suraxanı, Xırdalan kimi ərazilərdə haradasa 35 min dollara 1-otaqlı mənzil satışa çıxarılır. Amma kütləvi şəkildə təklif olunan əmlaklar 40 min dollardan yuxarı rəqəmlərdir”. Ekspert bildirir ki, torpaq sahələri haqqında qiymətlər çox vaxt mətbuata açıqlanmır, saytalara yerləşdirilmir. “Torpaq sahələri şəhərin mərkəz hissəsində daha bahadır. Burada hətta 1 sotu yarım milyona təklif olunan torpaq sahələri var. Mərkəz deyərkən “28 May” metrosundan dənizkənarı ərazilərə uzanan hissələr nəzərdə tutulur. “28 May”dan kənarlaşdıqca sotu 300-350 min dollar olan torpaq sahələri var. Məsələn, Teymur Əliyev və Atatürk prospektində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutlmuş torpaq sahələrinin 1 sotu 200-250 min dollar arasında dəyişir”.

Fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ən ucuz torpaq sahələrinə gəldikdə isə R. Osmanlı bildirir ki, bunlar Sabunçu, Xəzər rayonlarının ən ucqar ərazilərində qeydə alınır. Təxminən 1500-200 min dollar arasındadır.

Mənbə: Milli.Az

16 yanvar 2014
GO BACK