Qadin.NET / Misirdə referendum başa çatdı

Misirdə referendum başa çatdı

 

Anspress yazır ki, Misirdə yeni konstitusiya layihəsi səs çoxluğu ilə qəbul olunub. "Reuters"agentliyinin ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 2 gün ərzində keçirilən referendum səsverməsi nəticəsində seçicilərin əksəriyyəti, daha dəqiq desək, 95%-i yeni qanun layihəsinin legitimliyini təsdiqləyib. Rəsmilər son iki gündə əhalinin 55%-nin səsverməyə qatıldığını bildiriblər. Səsvermənin nəticəsi, eyni zamanda, hərbi çevrilişlə hakimiyyəti ələ keçirən ordu generalı Əbdəl Fəttah əl-Sissinin prezident seçkilərində öz namizədliyini irəli sürməsi üçün imkan yaradıb.

Mənbə: Milli.Az

 

16 yanvar 2014
GO BACK