Ötən gecə Yaponiyanın sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. APA-nın “RBC”-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Miyako şəhərindən 89 km şimali-şərqdə olub. Zəlzələnin ocağı yerin 44 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur. Xatırladaq ki, 2011 ilin mart ayında Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və ardınca sunami nəticəsində 20 mindən çox adam ölüb.
Mənbə: Milli.Az