Qadin.NET / Hava haqqında - 16.01.2014

Hava haqqında - 16.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 1-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, dağlıq ərazilərdə 14° şaxta, gündüz 0-5°, bəzi yerlərdə 8°-dək isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperatur gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək. 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti təşkil edəcək.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Temperatur gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Mənbə: Milli.Az

16 yanvar 2014
GO BACK