Qadin.NET / Dağıstan milli neft şirkəti olacaq?

Dağıstan milli neft şirkəti olacaq?

 

Dağıstanda milli neft şirkəti yaradıla bilər. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan PrezidentiRamazan Abdulatipovun respublika parlamentinə müraciətində deyilir. Prezident qeyd edib ki, hazırda Dağıstan ilə "Rosneft" şirkəti arasında razılıq mövcuddur: "Respublikanın kifayət qədər neft-qaz ehtiyatları var. Lakin bu faktor respublika əhalisinin rifahına heç cür təsir etmir". R.Abdulatipov Xəzər şelfində geoloji-kəşfiyyat işlərinin aparılmasının vacibliyini də vurğulayıb.

 

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK