Qadin.NET / Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq

Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq

 

Klarens Zeedorf “Milan”ın baş məşqçisi təyin olunacaq. 37 yaşlı hollandiyalı xüsusi mətbuat konfransında bunu özü də təsdiqləyib. “Sassuolo”ya məğlubiyyətdən sonra “Milan”ın baş məşqçisi Massimiliano Alleqri istefaya göndərilmişdi. Klub rəhbərliyi çox keçmədən ona əvəz tapdı. Milli.Az sportnews-a istinadən xəbər verir ki, bundan sonra komandanı Klarens Zeedorf çalışdıracaq. 37 yaşlı hollandiyalı buna görə son vaxtlar çıxış etdiyi “Botafoqo”nu tərk edib və futbolçu karyerasını başa vurduğunu açıqlayıb:“Bildirmək istəyirəm ki, 22 illik karyerama yekun vururam. Çətin qərardır, amma indiyə qədər əldə etdiyim nailiyyətlərlə qürur duyuram. Bu komandamı tərk edirəm ki, arzuma qovuşum. “Botafoqo”ya minnətdarlığımı bildirirəm. Bu klub mənə böyük təcrübə qazandırdı”.

 

Qeyd edək ki, Zeedorf “Milan”la 2 il yarımlıq müqavilə imzalayacaq. Böyük ehtimalla onun köməkçiləri Yap StamErnan Krespo və Patrik Klyuyvertolacaqlar. 
Mənbə: Milli.Az
15 yanvar 2014
GO BACK