Qadin.NET / Azərbaycanda qışda "yaz havası" olacaq

Azərbaycanda qışda "yaz havası" olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim çənub-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 10-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 16-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəyədək isti, gündüz 10-14 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti qeydə alınacaq.

Mənbə: Milli.Az

 

15 yanvar 2014
GO BACK