“Kalaşnikov” silah konserninin rəhbəri Konstantin Busıqini ABŞ-a buraxmayıblar. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Busıqinə dekabr ayında ABŞ-a uçmaq üçün icazə verilməyib. Busıqinlə birlikdə bir neçə Rusiya müdafiəçilərinə də viza verilməyib. Las-Veqasa səfəri həm də müdafiə nazirinin müavini Dmitriy Roqozin də ləğv edib. 14-17 yanvar tarixində Rusiya nümayəndə heyəti nəhəng idman və ov silahları sərgisində iştirak etməyi planlaşdırırdı. “Kalaşnikov” konserninin silahlarını burada ABŞ aktyoru Stiven Siqal reklam etməli idi. Konsernin marketinq üzrə müavini Pavel Koliqov qeyd edib ki, bu amerikalıların rus silahlarının sərgidə iştirakına ilk dəfə maneə çıxarması halı deyil. Onun sözlərinə görə, amerikalılar rus silah məhsullarını ABŞ silah bazarından çıxarmağa çalışırlar.
Mənbə: Milli.Az