Qadin.NET / Romalılar əzəli rəqiblərini məğlub etdilər

Romalılar əzəli rəqiblərini məğlub etdilər

 

İtaliya Kubokunda 1/8 finalın  oyunları keçirilir. Milli.Az-ın məlumatına görə, dünən axşam 1 oyun keçirilib. Doğma azarkeşlər önündə romalılar əzəli rəqibləri "Parma"nı qəbul ediblər. "Qartallar" matçın sonunda qələbə topunu vuraraq növbəti mərhələyə adlayıblar. Bu axşam "Milan" yeni baş məşqçisi ilə "Spezia"nı öz evində qəbul edəcək. Rəsmi xəbər olmasa da, məlumatlara görə, Zeedorf baş məşqçi rolunda "rossoneri"ləri oyuna çıxaracaq.

 

Qeyd edək ki, İtaliya Kubokunda 1/8 final mərhələsinə bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.
15 yanvar
İtaliya Kuboku, 1/8 final
"Latsio" - "Parma" - 2:1
Qollar: Perea, 25 (1:0), Biabiani, 43 (1:1), Perea, 90 (2:1)

16 yanvar
"Kataniya" - "Siena" 
"Milan" - "Speziya" 
"Napoli" - "Atalanta"

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK