Qadin.NET / Kerri və Davudoğlu Suriyadakı vəziyyəti müzakirə etdilər

Kerri və Davudoğlu Suriyadakı vəziyyəti müzakirə etdilər

 

ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya zəng vurub. Anspress Türkiyə xarici işlər nazirliyinin saytına istinadən xəbər verir ki, telefon danışığının mövzusu Suriyada davam edən vətəndaş müharibəsi olub. Məlumata görə, tərəflər Suriyadakı vəziyyət, “Cenevrə-2” konfransına hazırlıqlar barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü barədə Əhməd Davudoğluya məlumat verib. 

 

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK