Qadin.NET / Türkiyə silkələndi

Türkiyə silkələndi

 

Türkiyədə növbəti dəfə zəlzələ baş verib. Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar İzmir vilayətinin Ödemiş rayonunda hiss olunub. “Boğaziçi” universiteti “Kandilli” rəsədxanasından verilən məlumata görə, zəlzələnin şiddəti 3.6 bal gücündə qeydə alınıb. Yerin 5 km dərinliyində meydana gələn zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub. Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb. Qeyd edək ki, son aylarda seysmik cəhətdən aktiv hala gəlmiş Türkiyə ərazisində, xüsusilə Aralıq dənizi hövzəsində yeraltı təkanlar intensivləşib. 

 

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK