“Dünən İrkutskdan pul göndərdilər. Sürətli pul köçürməsi ilə gələn pulun biz bankdan çıxara bilmirik. Niyəsini də demirlər. Bankomatlar qarşısında da gördüyünüz kimi uzun növbələr yaranıb. Pensiya və maaşlarını çəkməyə çalışan vətəndaşların sayı getdikcə çoxalır. Üstəlik, bakomatlarda 5 və 10 manatlıq əskinaslarla bağlı problem yaranıb. 305 manat çəkməli idim, 5 manatlıq əskinas olmadığından 300-ünü çəkə bildim”.Qeyd edək ki, dünən bir neçə rayonda da oxşar mənzərə yaranıb. Quba, Şirvan, Salyan, Hacıqabul, Sabirabad və Qəbələdəki banklara aid bankomatlarda saatlarla pul olmayıb.
Nəzərinizə çatdıraq ki, Azərbaycanda bankomatdan 2005-ci ildən istifadə olunur. Hazırda ölkə boyu bankomatların sayı 2104 ədəddir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 ədəd çoxdur. Bankomatların 1166-sı Bakı şəhərində, 938-i isə digər şəhər və rayonlarda yerləşir.
Mənbə: Milli.Az