Məşhur ispaniyalı yarımmüdafiəçi Luis Qarsiya futbolçu karyerasını başa vurub. Apasport.az-ın xəbərinə görə, ötən gün 35 yaşlı oyunçu bu barədə şəxsi saytı vasitəsilə məlumat verib. O, futbolla vidalaşmağını belə şərh edib: “Bu gün peşəkar futbolçu karyeramı başa vurmaqla bağlı qərar verdim. Həftə ərzində mənimlə danışan hər kəsə təşəkkür edirəm. Amma hesab edirəm ki, həyatımın bu önəmli parçasını sona çatdırmağın və yeni səhifəyə keçməyin vaxtı çatıb”. Qeyd edək ki, “Barselona” futbol məktəbinin yetirməsi olan Qarsiya “Valyadolid”, “Liverpul”, “Atletiko” (Madrid) kimi klublarda da çıxış edib. O, son olaraq Meksika təmsilçisi “UNAM Pumas”ın şərəfini qoruyub.
Mənbə: Milli.Az