Qadin.NET / Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?

Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?

 

Bakının sağalmaz dərdi olan şəhəriçi avtobusların yaratdıqları problemlər bitmək bitir. Sakinlərdən Milli.Az-a daxil olan şikayətə əsasən, 133 nömrəli marşrut üzrə işləyən şəhər avtobusunda isə problemlər xirtdəkdəndir. Ötən ay qapısı xarab olan avtobusun bu dəfə pəncərəsində problem yaranıb. Belə ki, sözügedən avtobusda sağ arxa pəncərə sınıb, demək olar ki, tamamilə yox vəziyyətindədir. Pəncərənin şüşəsini isə skoçla əvəzləməyə çalışıblar. Əlbəttə, bu, şüşənin effektini vermədiyindən həmin pəncərənin kənarında oturan sərnişinlərin soyuq iliyinə işləyir. Sərnişinlər saytımıza onu da bildiriblər ki, bu problem həmin nəqliyyat vasitəsində artıq bir neçə həftədir ki mövcuddur. Əməkdaşımız avtobus şirkətinin sahibi ilə əlaqə saxlayıb. "Çinar Trans MMC"-dən Milli.Az-a bildirildi ki, 133 xətti üzrə işləyən avtobusda bu cür problemin olduğundan xəbərsizdirlər: "Narahatçılıqla bağlı biz qaraja bildirəcəyik. Yəqin ki, problem sabahacan həll olunar, əks halda həmin avtobus xəttə buraxılmayacaq". Onu da bildirək ki, 133 saylı xətt üzrə 19 avtobus işləyir.

 

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK