Qadin.NET / Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı

Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı

 

Bakının mərkəzində söküntü işləri hündürmərtəbəli binalara da çatıb. Nəsimi rayonu ərazisində beşmərtəbəli binalarla yanaşı, doqquzmərtəbəlilərin də sökülməsinə start verilib. Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin bir vaxtlar məskunlaşdıqları Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür. Nəsimi rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, həmin ərazidə ümumilikdə 6 bina sökülür. Həmin yataqxanalarda əvvəllər məcburi köçkünlər məskunlaşmışdılar. Ötən ilin avqustunda onlar Masazır qəsəbəsində inşa olunmuş evlərə köçürüldülər. Hazırda isə həmin yataqxanaların sökülməsinə başlanıb. Sökülən binaların yerində nə inşa olunacağı isə məlum deyil.

 

Mənbə: Milli.Az

15 yanvar 2014
GO BACK