Qadin.NET / Arxa ötürməli Kia GT4 Stinger

Arxa ötürməli Kia GT4 Stinger

 

Kia şirkəti Detroyt motorşousuna arxa ötürməli konseptual kupe - GT4 Stinger gətirib. Prototip dörd silindrli benzin mühərriki, arxa ötürmə, 2+2 kürsü yerləşməsi, şəffaf seksiyalı ön kuzov dayaqları, işıq diod işıq texnikası, qabaq bamperdə karbon splitter və 20 düymlük Pirelli P Zero şinləriylə təkər diskləri əldə edib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, prototipi altı pilləli mexaniki ötürmə qutusu ilə cütlükdə işləyən 315 at güclü iki litrlik T-GDI turbo mühərrik hərəkətə gətirir. Bundan başqa, konseptual kupeni dörd porşenli Brembo əyləc mexanizmi ilə təchiz ediblər. İlkin məlumatlara görə arxa ötürməli Kia kupesi 2016 və ya 2017-ci ildə bazara çıxa bilər.

 

Mənbə: Milli.Az
14 yanvar 2014
GO BACK