Nokia Lumia 1320 fableti Malayziyada yanvarın 17-də çıxarılacaq. Aparat 720x1280 təsvir ölçülü 6 düymlük ekran, Qualcomm Snapdragon S4 ikinüvəli prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 64 qiqabayta qədər yaddaş kartlarını dəstəkləyir. Bundan başqa, Lumia 1320 fableti 0,3 meqapiksellik ön və 5 meqapiksellik əsas kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 3400 milliamper/saat təşkil edir. Qurğu qara, sarı və ağ rənglərdə əlçatan olacaq. Lumia 1320 cihazının qiyməti təxminən 369 dollar təşkil edir.
Mənbə:Milli.Az