“Əgər dünya prezidentlərinin həyat yoldaşlarının gözəllik müsabiqəsini elan etsək, o zaman birinci yeri böyük fərqlə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva tutar”. Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri rusiyalı məşhur publisist, alim-psixoloq, “Rusiyanın qızıl qələm” mükafatı laureatı, "Rusiya qəzeti" və "Aktual şərhlər" internet qazetində maraqlı məqalələrin müəllifi, yazıçısı Leonid Radzixovski “Tam məxfi” telekanalının proqramında bildirib.
Proqramın budəfəki buraxılışı müxtəlif dövrdə yaşayan və müxtəlif xalqların nümayəndələri olan qadınların siyasətdəki roluna həsr olunub. Söhbət lider qadınların, prezident xanımlarının gözəlliyindən düşəndə isə Leonid Aleksandroviç Mehriban xanımı dünyanın ən gözəl prezident xanımı hesab etdiyini bildirib.
Proqramın aparıcısı isə “o həm gözəl, həm də ağıllıdır!” deyə əlavə edib. Radzixovski isə dərhal bu fikirlə razılaşıb: "Əliyevin yoldaşı həm gözəl, həm ağıllıdır. Mehriban xanım Azərbaycanın imicinə, brendinə çevrilib. Azərbaycanda Əliyevləri sevən, hətta sevməyən hər kəs fəxr edir ki, prezidentlərinin belə xanımı var”.
Mənbə: Milli.Az