Qadin.NET / Riberi küsdü

Riberi küsdü

 

"Bavariya"nın futbolçusu Frank Riberi "Qızıl top"un mükafatlandırma mərasimindən sonra keçirilən mətbuat konfransında iştirak etməyib. Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, tədbirə böyük ümidlərlə qatılan fransız yarımmüdafiəçi mərasimin sonunda təəssüflənib. "Qızıl top"u qazanacağına inanan Riberinin həyat yoldaşı belə, evlərində bu mükafat üçün yeri çoxdan hazırladıqlarını bildirmişdi. Ancaq səsvermənin nəticəsinə uyğun olaraq Ronaldu "Qızıl top"un sahibi olub. 

Bunun ardından isə Riberi mətbuat konfransına qatılmayaraq birbaşa Münhenə qayıdıb.

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK