Qadin.NET / Ağıllı şəhərlər trilyonlar qazandıra bilər

Ağıllı şəhərlər trilyonlar qazandıra bilər

 

Əhatəli internet sisteminin tətbiqi vətəndaşlarla yanaşı, hökumət üçün də sərfəli ola bilər. Milli.Az ICTnews-a istinadən bildirir ki, Cisco şirkətinin araşdırmalarına görə, ağıllı şəhər sistemlərinin tətbiqi on il ərzində 1,9 trilyon dollara qənaət etməyə imkan verər. Sənədə əsasən, Internet of Everything (IoE) üzrə mümkün olan bir neçə xərclər siyahısı təqdim edilir.

 İlk növbədə ağıllı ev və ağıllı şəhər sistemləri su (39 milyard dollar) və qaz (69 milyard dollar) kimi resursların istifadəsində udurlar. İkinci növbədə, onlayn park etmə və ən çox yüklənən rayonlara pullu giriş servisləri şəhərlərə 59 milyard dollar gətirəcək.

Araşdırıcılar, eyni zamanda, səhiyyə xərclərini 146 milyard dollar azaltmağa imkan verən xroniki xəstəliklərin monitorinqinə işarə edirlər. Məsafədən işin inkişafı 124 milyard, təhsilə innovasiyaların tətbiqinin isə 258 milyard gəlir gətirəcəyi bildirilir.
Planetimizin əhalisinin çox hissəsinin şəhərlərə axını nəticəsində, onlar vətəndaşların tələbatlarına qarşı çevik və qeydkeş olmalıdırlar və bu arada ictimai istifadə resurslarından effektiv yararlanmalıdırlar. Əhatəli internet xidmətlərin təqdim edilməsinin və vətəndaşların şəhər hakimiyyəti ilə qarşılıqlı əlaqəsinin yeni üsullarını təklif edir.
Mənbə: Milli.Az
14 yanvar 2014
GO BACK