Qadin.NET / Pişiklər insanı necə görür?

Pişiklər insanı necə görür?

 

Britaniyada pişiklərlə bağlı aparılmış araşdırmanın maraqlı nəticələri var. Sən demə, pişiklər sahiblərini "daha böyük pişik" qismində qəbul edirlər. Milli.Az ABC-yə istinadən bildirir ki, tanınmış ingilis bioloq, 30 ildən bəri pişiklərinin davranışlarının tədqiq edən professor Con Bredşoutədqiqatlarının nəticələrini "Can Sense" kitabında cəmləşdirib. Professor yazır ki, sığallanma obyekti olmaqdan savayı ev heyvanı qismində başqa funksionallığı olmayan pişiklər itlərlə müqayisədə insana daha az tabe olurlar. "Pişiklərin sığallanma istəyi, özlərini sahibinə sürtmələri onların başqa pişiklərə olan münasibətlərinin davamıdır. Pişiyin öldürdüyü siçanı ortalıqda buraxması onların bacarıqlarını nümayiş etdirmək istəyi deyil. Ovunu yemək üçün daha etibarlı bir məkan arayan pişik siçanı öldürəndə əslində "böyük pişiyin", yəni insanın verdiyi yeməyin daha yaxşı olduğunu anlayır. Ümumiyyətlə, pişiklərin ən ümdə xüsusiyyəti nankorluqdur", - professor Bredşou yazıb.

 

Mənbə: Milli.Az
14 yanvar 2014
GO BACK