Qadin.NET / Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?

Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?

 

Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb. Anspress-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının istehsalçı qiymətləri 5,0 faiz ucuzlaşıb. Arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobya dəninin - 2,2 faiz, kartofun - 3,5 faiz, baş soğanın - 2,9 faiz, baş sarımsağın - 0,2 faiz, göyərtilərin - 0,7 faiz, quru otun - 1,4 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın - 0,5 faiz, feyxoanın - 8,7 faiz, şabalıdın - 9,1 faiz, qozun - 3,7 faiz, fındığın istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb. Limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın - 12,7 faiz, naringinin istehsalçı qiymətləri isə 17,5 faiz ucuzlaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Südün istehsalçı qiymətləri 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,5 faiz bahalaşıb.Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK