Roma papası Fransiskin "Harli Devidson" markalı motosikletə sahib olması nə qədər qəribə səslənsə də, bu belədir.Əslində, papanın baykerliklə heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, şirkət bir müddət əvvəl özünün 110 illiyi ilə əlaqədar papanı motosikletlə təltif edib. Pontifik isə bunun əvəzində yüzlərlə "Harli Devidson" pərəstişkarına xeyir-dua verib.Lakin papa ötən gün xeyriyyə məqsədilə motosikleti və "Harli" gödəkcəsini hərraca çıxaracağını açıqlayıb. Hər iki "Harli" məhsulunun ilkin qiyməti hələlik məlum deyil.Papanın sözlərinə görə, hərracdan əldə olunan gəlir evsiz insanlara xərclənəcək.
Mənbə: Milli.Az