Qadin.NET / Hansı nazirliklərdə telefon qadağası qoyulacaq?

Hansı nazirliklərdə telefon qadağası qoyulacaq?

 

Nazirlər Kabineti və Milli Məclisdə smartfon və android sistemli telefonların istifadəsinə qoyulan qadağanın digər dövlət qurumlarında da tətbiq ediləcəyi haqda xəbərlər dolaşır. Milli Məclisinin rəsmi açıqlamasında telefon qadağasına səbəb kimi təhlükəsizlik məsələsinin önə çəkilməsi sözügedən qərarın digər qurumlara da siraət edəcəyinə zəmin yaradır.Sosial şəbəkələrdə bildirdilər ki, artıq bu qərar digər nazirlik və komitələrdə də tətbiq olunmağa başlayıb.AzVision.az məsələ ilə bağlı rəsmi qurumların münasibətini öyrənib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəriMüşviq Əmirov onlarda belə bir qərarın olmadığını qeyd edib. O, bildirib ki, nazirlikdə belə bir qayda tətbiq olunmur.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli də komitədə hələ ki belə bir qərarın olmağını qeyd edib.Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayevfonda telefonlara qadağa qoyulacağından məlumatsız olduğunu deyib. Bildirib ki, DSMF-də belə bir qadağanın olacağı haqda söz-söhbət eşitməyib.Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm komitədə belə bir qərarın olmadığını qeyd edib.Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev da onlarda belə bir qaydanın olmadığını diqqətə çatdırıb.Lakin qeyd edək ki, MSK-ya daxil olan zaman jurnalistlərin telefonları binanın girişində olan mühafizəçilər tərəfindən alınır və çıxarkən qaytarılır.Dövlət qurumları telefon qadağasından bixəbər olduqlarını desələr də, Parlament və Nazirlər Kabinetindən sonra digər nazirlik və komitələrdə də smartfon tipli mobil telefonlarla girişin qadağan ediləcəyi real görünür. 

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK