Qadin.NET / Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir

Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir

 

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramovjurnalistlərə deyib.Onun sözlərinə görə, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıya bir çox istiqamətlər və hədəflər qoyulub. Strategiyadakı hədəflərdən biri də maliyyələşmə mexanizmlərinin işlənməsi və hazırlanmasıdır: "Prezidentin müvafiq sərəncamında qeyd edildiyi kimi, 5 ay müddətində dövlət strategiyasının icrası ilə bağlı fəaliyyət planı hazırlanaraq hökumətə təqdim edilməlidir. Həmin fəaliyyət proqramı təsdiq edildikdən sonra müvafiq dövlət proqramları vasitəsi ilə digər istiqamətlərdə olduğu kimi, Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sistemi yaradılacaq. Hazırda fəaliyyət planının hazırlanması istiqamətində işlər gedir. Bu barədə danışmaq bir qədər tezdir".

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK