Qadin.NET / İran ABŞ-ın könlünü almaq üçün geri addım atdı

İran ABŞ-ın könlünü almaq üçün geri addım atdı

 

İranla Qərb arasında noyabrda imzalanmış tarixi nüvə sazişi yanvarın 20-dən icra olunmağa başlayacaq. Nəticədə İran uranın zənginləşdirilməsini 5 %-ə qədər azaldacaq, qərb isə bu ölkəyə qarşı sanksiyaları azaldacaq. İranın İRNA agentliyinin verdiyi məlumata görə, İran bundan sonra Atom Enerji Agentliyinin müfəttişlərinə nüvə obyektlərinə daxil olmağa icazə verəcək, sanksiyalara məruz qalmış neft gəlirlərindən 4.2 milyard dollara yaxın vəsait sazişə uyğun olaraq yenidən İrana qaytarılacaq. ABŞ-ın dövlət katibi Con Kerri də bu qərarı alqışlayıb. Eyni zamanda Ağ Ev İrana xəbərdarlıq da edib. Əgər İslam respublikası verdiyi sözə yetərincə əməl etməsə, sanksiyaların ləğvi də baş tutmayacaq.Mövzu barədə Ans TV Vaşinqton burosunun rəhbəri Sevinc Osmanqızı danışıb: “Sanksiyaların qəbul edilməsi ehtimalı çox yüksəkdir. Hazırda 59 senator yeni sanksiyaların lehinə imza atıb. Və bu senatorların sayı 67-yə çatarsa, o zaman bu çoxluğun qəbul etdiyi sansksiyalar olacaq. Əgər 67 nəfər senator sanksiyalara səs verərsə, o zaman artıq prezidentin bu sanksiyalar üzərində veto qoymaq hüququ olmayacaq. Hətta belə hüququ olarsa belə, mən deyərdim ki, prezidentin belə bir iradəsinin olduğuna şübhə ilə yanaşmaq olar. Belə ki, xatırlayırıqsa, hələ bir neçə ay əvvəl prezident Obama Suriyanın bombalanması məsələsində səlahiyyəti öz üzərindən ataraq Konqressin öhdəsinə buraxmışdı. Odur ki, biz bu halda da eyni ssenarinin təkrarlanmayacağına əmin ola bilmərik”.

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK