Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Bakı və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz, 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Mənbə: Milli.Az