Qrossmeysterimiz Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində istedadlı şahmatçımız Vüqar Həşimovun vəfatını bütün Azərbaycan şahmatı üçün faciə adlandırıb:“Vüqar dünyanın ən güclü şahmatçılarından biri idi. O, dünya tacına tamamilə iddia edə bilərdi. Çempionluğa namizədlərdən biri sayılırdı. Çox illər birgə oynamışıq. Qələbələr qazanmış, məğlub olmuşuq. Sevinib kədərlənmişik. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çətindir. Bunu qəbul etmək mümkünsüzdür. Vüqar bizi çox erkən tərk etdi. Bu, Azərbaycan şahmatı üçün faciədir”.
Mənbə: Milli.Az