Qadin.NET / Paytaxt avtobuslarında yeni sistem

Paytaxt avtobuslarında yeni sistem

 

Paytaxtda ictimai nəqliyyatda gediş haqqlarının kartlarla ödənişi sisteminin tətbiqinə başlanılıb. Bundan sonra sərnişinlər avtobus və taksilərdə gediş haqlarını vahid kartlar vasitəsi ilə ödəyə biləcəklər. Hələlik kart sistemi 2 marşrut avtobusunda tətbiq olunub. Bunlar 10 və 95 saylı avtobuslardır. Fevralın sonuna kimi isə kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Bu avtobuslarda hətta yeni kartlarla ödəmə ilə bağlı xəbərdarlıq yazıları da yerləşdirilib.

Anspress yazır ki, dünəndən satışa çıxarılan kartlar barədə xəbərsiz olan bir sıra sərnişinlər yeni sistemin tətbiqindən sonra müsbətə doğru dəyişiklik gözlədiklərini bildirirlər.Sərnişinlər gediş haqqı yüklədikləri kartları, avtobuslarda quraşdırılmış xüsusi qurğulara yaxınlaşdıraraq ödəmə edəcəklər. Bu qurğular artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.Ödəmə kartlarını Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də xüsusi loqotip olan satış nöqtələrində əldə edə və balanslarını artıra bilərlər. Qiyməti 2 manat olan bu kartlara, ən azı 1 manat balans yüklənilə bilər.Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov təxminən 450 min kartın hazır olduğunu, daha bir milyon kartın isə əlavə olaraq sifariş edildiyini bildirdi.Namiq Həsənov həmçinin bildirdi ki, bu kartlar vasitəsi ilə gələcəkdə beynəlxalq və şəhərlər arası avtobuslarda da tətbiq olunması gözlənilir. Bu kartlar vasitəsi ilə həmçinin ölkədən kənarda və ya paytaxtın iaşə obyektlərində alış-veriş edərkən istifadə etmək olacaq.

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK