Güclü qar yağması ilə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomagistralının 135-156-cı kilometrliyində (Çumateleti-Xunevi) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Digər avtomobil vasitələrinin hərəkəti sərbəstdir.Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib. Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Mleta-Kobi hissəsində yolun buz bağlaması nəticəsində iki və daha çox aparıcı oxu olan maşınların hərəkətinə icazə verilir, qalan nəqliyyat vasitələrinin hərəkəti yalnız xüsusi zəncirlər olduğu halda mümkündür. Quduari-Kobi hissəsində nəqliyyatın hərəkəti qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçirilir. Hərəkəti patrul polisi nizamlayır. Ölkənin digər yollarında hərəkətlə bağlı məhdudiyyətlər yoxdur.
Mənbə: Milli.Az