Qadin.NET / Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq

Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq

 

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, dünən istefaya göndərilənMassimiliano Aleqqrini Klarens Zidorf əvəzləyəcək. “Milan” sabiq oyunçusu ilə 2 illik müqavilə bağlayacaq. Son mövsümü Braziliyanın “Botafoqo” klubunda keçirən 37 yaşlı hollandiyalının təyinatı yanvarın 16-da rəsmiləşəcək. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı, Zidorfun futbolçu karyerasını bitirərək, məşqçiliyə başlamağa razı olduğu bildirilir. Zidorfun “Milan”ın sabiq oyunçuları olan həmyerliləri Yap Stam, Patrik Klyuyvert və argentinalı Ernan Krespodan ibarət məşqçilər korpusu formalaşdırılacağı gözlənilir. Qeyd edək ki, Klarens Zidorf 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub. 

 

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK