Yanvarın 21-də İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri arasında keçirilməsi planlaşdırılan danışıqların vaxtı dəyişdirilib. Bunu İranın BAEA-dakı nümayəndəsi Rza Nəcəfi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir. Nəcəfi bildirib ki, İran və 5+1 ölkələri arasında Cenevrədə əldə olunmuş razılığın icrasına yanvarın 20-dən başlanılacaq və elə bu səbəbdən danışıqların növbəti raundu fevralın 8-də Tehranda keçiriləcək. Qeyd edək ki, bundan öncə İran və BAEA nümayəndələri arasında danışıqlar 2013-cü ilin dekabr ayında keçirilib.
Mənbə: Milli.Az