Qadin.NET / Platini "Qızıl Top"dan narazı qaldı

Platini "Qızıl Top"dan narazı qaldı

 

UEFA prezidenti Mişel Platini 2013-cü ilin “Qızıl top” mükafatının “Real”ın futbolçusu Kriştianu Ronalduya verilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumunun rəhbəri səsvermənin nəticəsindən narazı qaldığını bildirib. Platini bu mükafata həmyerlisinin, “Bavariya”nın fransalı yarımmüdafiəçisiFrank Riberinin layiq olduğunu deyib: “Növbəti illərdə yenə Ronaldu və Messi favorit olacaqlar. Son 50 ildə bu mükafat verilərkən qazanılan kuboklar və çempionluqlar da hesaba alınırdı. Artıq buna nəzər yetirilmir. Riberinin bütün kubokları qazanıb, “Qızıl top”u qazanmamasında bir problem var. Eyni hal 2010-cu ildə ispaniyalı futbolçular üçün də yaşandı. Bu mükafatın təşkilatçılığı “France Football”dan FİFA-ya keçdikdən sonra bəzi şeylər dəyişib”. 

 

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK