Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən yanvarın 14-də tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.

 

Miladi: 14 yanvar 2014
Hicri: 13 rəbiul-əvvəl 1435
İlin 14-cü günü
İlin sonuna 351 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.47
Günəş - 08.02
Zöhr - 12.53
Əsr - 15.39
Məğrib - 17.51
İşa - 19.12
1539 — Kuba İspaniyanın müstəmləkəsinə çevrilmişdir.
1897 — İsveçrəli Mattias Zurbriggen Aconcagua zirvəsinə çixan ilk insan olmuşdur.
1907 — Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan ölmüşdür.
1911 — Azərbaycan SSR EA (1962-1967) prezidenti Zahid Xəlilov anadan olub.
1923 — Azərbaycanın xalq artisi, kinorejissor, teatr xadimi Tofiq Kazımov anadan olub.
1944 — türk şair Məmməd Əmin Yurdaqul vəfat edib.
1952 — şair Almas İldırım vəfat edib.
1953 — İosip Broz Tito Yuqoslaviya parlamenti tərəfindən prezident seçilmişdir.
1973 — Avtoyarışçı Cankarlo Fizikella anadan olub.
1982 — İspan futbolçu Viktor Valdes anadan olub.
1992 — Azərbaycan Respublikası Türkiyə ilə diplomatik əlaqələr qurmuşdur.
1994 — Bill Klinton ilə Boris Yeltsin nüvə silahlarının hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə silah arsenalının yox edilməsi üzərində razılığa gəldilər.
2000 — Birləşmiş Millətlər Təşkilatının məhkəməsi, beş bosniyalı xorvatı 1993-ci ildə bir Bosniya kəndində ən azı 103 müsəlmanın qətlində ittiham edərək onları 25 ilə həbsə məhkum etdi.
2012 — Şimali Kipr Türk Respublikasının (KKTC) qurucusu və prezidenti Rauf Denktaş vəfat edib. 

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK