Qadin.NET / Hava haqqında - 14.01.2014

Hava haqqında - 14.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 10-15° şaxta, dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 5-10° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz Yanvarın 14-ü və 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK