Mişel Platini və Pele səhnədədirlər. Onlar qalibin adını elan edirlər. QalibKriştianu Ronaldudur. O səhnəyə oğlu ilə çıxır.Portuqaliya millisinin və "Real Madrid"in ulduzu nitqi zamanı göz yaşlarını saxlaya bilmir. Kamera CR7-nin zalda oturan anasını göstərir. O da ağlayır.Ronaldu hələ də göz yaşlarını silərkən FİFA rəsmisi mərasimi bağlı elan edir: "Braziliyada görüşənədək!"Milli.Az FİFA-ya istinadən bildirir ki, Kriştianu Ronaldu çıxışında dedi: “İlk növbədə klub yoldaşlarıma, millidəki oyunçularımıza təşəkkür edirəm. Onların köməyi olmadan bu, mümkün olmazdı. Xanımım, dostlarım, oğlum... Həddən artıq emosional andır. Onu deyə bilərəm ki, bu işdə payı olan hər kəsə təşəkkür edirəm”.
Mənbə: Milli.Az