Tokio avtoşousunda yalnız tüninq edilmiş çox güclü sportkarlara deyil, həm də eksklüziv şou-carlara da rast gəlmək mümükündür. Sərgiyə gələnlərin təbəssümlə seyr etdikləri belə avtomobillərdən biri NATS şirkəti mütəxəssisləri tərəfindən hazırlanmış Toyota Supra son nəsilinin balaca klonu layihəsidir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil Child Speed 660GT adlandırılıb və key-kar (yapon meqapolisləri sakinləri arasında xüsusilə məşhur olan kiçik nəqliyyat vasitələri) kateqoriyasına aid olan Suzuki Cappuccino yığcam rodsteri əsasında hazırlanıb.
Mənbə: Milli.Az