Qadin.NET / I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı

I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı

 

APA-nın məlumatına görə, döyüş əməliyyatlarında 11557 Azərbaycan hərbçisi şəhid olub. Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi saytında döyüş əməliyyatlarında iştirak edərək şəhid olmuş şəxslərin adları yerləşdirilib. Bəzi rayonlar üzrə təqdim olunan siyahılar tam olmasa da, bu ilkin rəqəm 1991-1994-cü illərdə şəhid olmuş Azərbaycan əsgərlərinin ilk rəsmi siyahısı sayıla bilər. Şəhidlər siyahısında hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır. Qeyd edək ki, siyahıya döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları daxil deyil.

Mənbə: Milli.Az

 

13 yanvar 2014
GO BACK