Prezident İlham Əliyev “ADA” Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prРѕqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yaradılsın. Nazirlər Kabinetinə “ADA” Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, “ADA” Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.Nazirlər Kabineti həmçinin, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mənbə: Lent.Az