Qadin.NET / Azərbaycanda uşaq telekanalı ilə bağlı qərar verildi

Azərbaycanda uşaq telekanalı ilə bağlı qərar verildi

 

Azərbaycanda uşaq kanalının yaradılıb-yaradılmayacağı barədə məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında müzakirə edilib. Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədovun verdiyi məlumata görə, qərara alınıb ki, hələ ki yerli kanallardakı uşaq verilişlərinin səviyyəsi yüksəldilsin: "Bununla bağlı telekanallara tövsiyələr də verilib. Əgər uşaq verilişlərinin səviyyəsi yüksəldilməsə, qərara alınıb ki, gələcəkdə uşaq telekanalının açılması məsələsi yenidən gündəmə çıxardılsın". 

Qeyd edək ki, ölkə prezidentinin 2011-ci ildə imzaladığı "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində milli fəaliyyət proqramı” ilə bağlı sərəncamında uşaq kanalının yaradılması məsələsi öz əksini tapıb. 
Mənbə: Milli.Az

 

13 yanvar 2014
GO BACK