Qadin.NET / Azərbaycanda hava soyuyacaq

Azərbaycanda hava soyuyacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, yaxın iki gün ərzində hava küləkli və yağıntılı keçəcək. Bu gün Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir güclənəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı, sulu qar və dağlıq rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 15-dən artıq ölkə ərazisində yağmursuz hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

 

Mənbə: Milli.Az

13 yanvar 2014
GO BACK