Qadin.NET / Yeməkdən sonra 7 təhlükəli vərdiş

Yeməkdən sonra 7 təhlükəli vərdiş

 

Həkimlər yeməkdən sonra bu şeyləri etməyin sağlamlığa zərərli olduğunu bildirirlər. Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, adətən insanların yeməkdən sonra daha çox etdiyi 7 zərərli vərdiş var:
 1. Siqaret çəkmək: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməyin dərhal ardından çəkilən tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.

2. Meyvə yemək: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur.
3. Çay içmək: Yeməyin üstündən çay içmək də sağlamlıq baxımından faydalı deyil. Belə ki, çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər, həzm prosesini də çətinləşdirir.
4. Kəməri boşaltmaq: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.
5. Yerimək: Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.
6. Hamama girmək və duş qəbul etmək: Yeməkdən dərhal sonra alınan duş qan axınını əl və ayaqlar istiqamatində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.
7. Yatmaq: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu həm də kökəlməyə gətirib çıxardır.

Mənbə: Milli.Az

13 yanvar 2014
GO BACK