Qadin.NET / Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil

Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil

 

Ermənistanda təkcə əməkhaqqı ilə yaşamaq müşkülə çevrilib. 

Anspress-in “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Dövlət Statistika Komitəsi bu ölkədə inflyasiyanın 2013-cü ildə dövlət büdcəsində nəzərdə tutulan 0,3%-i keçərək 5,8 % olduğunu bildirib.
İnflyasiyanın maksimum faizi-5,5% Ermənistanın uzun illər Avropa standartlarına uyğunlaşdırmaq üçün çalışdığı standartlara uyğun gəlmir. Qiymətlər, demək olar ki, dəyişməyib, amma bahalaşma nəzərə çarpacaq dərəcədə var. AB ölkələrində illik hesablamaya görə, 2013-cü ilin noyabr ayında orta hesabla inflyasiya il 1.0% olub.
Məqalədə bildirilir ki, cəmiyyəitn aztəminatlı təbəqələrinin faktiki olaraq inflyasiyanın layihələşdirilmiş mamksimumu ilə demək olar ki, təsadüf etməsi faktını entuziazm ilə qarşılayacaqları şübhə altındadır. Təbii ki, bu baş verməyəcək. Çünki artıq Ermənistanda təkcə əməkhaqqı ilə yaşamaq əhali üçün çox çətin olub. Nəzərə alsaq ki, ötən il maaşların artımı istehlak qiymətlərinin indeksindən geri qalırdı.
Sosial inflyasiya lazımı malların və xidmətlərin bahalaşması deməkdir ki, bu da ailə büdcəsinə çox ciddi zərbə vurur. Bura qidadan savayı kommunal xidmətlər, ictimai nəqliyyat, səhiyyə xidmətləri və s. daxildir.
Məqalədə həmçinin göstərilir ki, ümumilikdə 2009-2013-cü illərdə inflyasiya 26,5%, ərzaq və qida məhsulları üzrə isə 32.6% artıb. Məsələn, çörək və ərzaq məhsulları və mal əti üçün orta pərakəndə qiymət İrəvanda 1,6 dəfə artıb. Ölkədə eyni dövrdə səhiyyə xidmətləri demək olar ki 1,5 dəfə artıb.
BMT Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, ötən il şəkər və taxıl, eləcə də bitki yağları üçün dünya qiymətləri aşağı düşüb. Amma Ermənistanda isə bu məhsulların qiymətlərində bahalaşma müşahidə olunur.
Ötən ilin noyabr ayında paytaxtda çörəyin qiymətində 9,9%, günəbaxan yağının qiymətində 6,5%, şəkər tozunun qiymətində 5,6% artım müşahidə olunur. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasına görə, sonuncunun qiyməti 2013-ci ildə bütövlükdə 2012-ci ilə müqayisədə 18% azalıb.
2009-2013-cü illərdə əsas istehlak qiymətləri indeksləri və ərzağn (spirt və tütün istisna olmaqla) orta qiymətlərinin dinamikasını göstərilir. Diaqramlardan aydın görünür ki, ərzaq qiymətləri sürətlə artır.
Mənbə: Milli.Az

 

13 yanvar 2014
GO BACK