Qadin.NET / Azərbaycanda qəribə heyvan skeleti tapılıb

Azərbaycanda qəribə heyvan skeleti tapılıb

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Göyçay rayonunun Ləkçıplaq kəndində qəribə heyvan skeleti aşkarlanıb. Kənd sakini Ağabala Əliyev ötən gün səhər həyətlərindən çölə çıxarkən qapının önündə qəribə heyvan skeletinin olduğunu görüb. O, eləcə də digər kənd sakinləri bu skeletin hansı heyvana aid olduğunu tapa bilməyiblər. Ağabala Əliyev skeleti öz itinin haradansa gətirdiyini təxmin edir. Skeleti müayinə edən kəndin baytar həkimi Hüseyn Şükürov iş təcrübəsində birinci dəfə olaraq belə bir hala rast gəldiyini bildirib. Skeletin qəribəliyi və fərqliliyi onun boyun fəqərəsinin yoxluğu, baş sümüyünün birbaşa qabırğa sümüyünə yaxın olması və qabırğa sümüklərinin çoxluğudur.

 

Mənbə: Milli.Az

13 yanvar 2014
GO BACK