Qadin.NET / Araz çayı dondu

Araz çayı dondu

 

Türkiyənin Şərqi Anadolu bölgəsi soyuq havanın təsirində qalıb. Anspress yerli mətbuata istinadən xəbər verir ki, ötən gecə Ağrıda 26, Qarsda 19, Ərzurumda 15, İqdırda 12 dərəcə şaxta qeydə alınıb. Məlumata görə, bölgədəki bəzi şəlalələr donub, kanyonlarda 20-40 metrə qədər buz salxımları meydana gəlib. Bundan başqa, Araz çayının Qars vilayətindən keçən hissəsinin də donduğu, çayın səthinin buz bağladığı bildirilir.

Mənbə: Milli.Az

 

13 yanvar 2014
GO BACK